Xankəndi stadionu işıqlandırıldı - Sabahkı oyuna hazırlıq bitdi - FOTO/VİDEO

Xankəndi stadionu işıqlandırıldı - Sabahkı oyuna hazırlıq bitdi - FOTO/VİDEO

Hazırda oxunan: Xankəndi stadionu işıqlandırıldı - Sabahkı oyuna hazırlıq bitdi - FOTO/VİDEO

169900

Sabah – dekabrın 21-də Xankəndi şəhər stadionunda keçirləcək "Qarabağ" - MOİK oyunu ilə bağlı hazırlıq işləri yekunlaşıb. 

Bizim.Media xəbər verir ki, stadionunun işıqlandırma sistemi də hazır vəziyyətə gətirılib. 

Tanınmış aparıcı Sənan Şəfizadə özünün İnstaqram səhifəsində Xankəndi stadionundan yeni şəkilllər paylaşıb. Stadionda işıqlandırma ilə yanaşı, elektron reklam lövhələri də yerləşdirilib və onun sınaqları həyata keçirilib.  

Qeyd edək ki, Azərbaycan kubokunun 1/8 final mərhələsinin "Qarabağ" - MOİK matçı dekabrın 21-i, saat 14:00-da Xankəndi stadionunda başlayacaq.  

Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq. 
 



Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO