Bakının mərkəzində sərxoş sürücü ağır qəza törətdi - FOTO 

Bakının mərkəzində sərxoş sürücü ağır qəza törətdi - FOTO 

Hazırda oxunan: Bakının mərkəzində sərxoş sürücü ağır qəza törətdi - FOTO 

169856

Bakının Səbail rayonu ərazisində yol qəzası qeydə alınıb. 

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, yol qəzası Zərifə Əliyeva küçəsində baş verib. 

Belə ki, yüksək sürətlə “BMW” markalı maşını idarə edən sürücü sükana nəzarəti itirib. Avtomobil əvvəlcə yol kənarında olan ağaca çırpılıb. Zərbənin gücündən ağac kökündən çıxaraq yerə düşüb. 
Daha sonra “BMW” Muzey Mərkəzinin pilləkanına dəyərək aşıb. Sürücü bədən xəsarətləri alıb. 

Səbail Rayon Polis İdarəsinin əməkdaşları sürücünün sərxoş olduğunu bildirib. 

Xəsarət alan sürücüyə təcili tibbi yardım xidmətinin əməkdaşları yerində yardım göstərməyə çalışıb. 

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır. 










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO