Lənkəranda qızılcadan ölən uşağın BABASI – “Peyvənd olunmasını mən istəmədim” – ÖZƏL 

Lənkəranda qızılcadan ölən uşağın BABASI – “Peyvənd olunmasını mən istəmədim” – ÖZƏL 

Hazırda oxunan: Lənkəranda qızılcadan ölən uşağın BABASI – “Peyvənd olunmasını mən istəmədim” – ÖZƏL 

169605

Azərbaycanda bir ayda 8 uşaq qızılcadan dünyasını dəyişib. Bu gün isə Lənkəranda 3 yaşlı körpənin eyni xəstəlikdən öldüyü haqqında məlumat yayılıb.
Məlumatda bildirilib ki, rayonun Şirinsu qəsəbə sakini 2020-ci il təvəllüdlü Uğur Elvin oğlu Abızadə xəstəlik ucbatından həyatını itirib.

Məlumatı Bizim.Media-ya təsdiqləyən azyaşlının babası Elçin Abıyev nəvələrinin peyvənd olunmağına razı olmadığını deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Lənkəranda 3 yaşlı uşaq qızılcadan ÖLDÜ 


“Hardasa 9 gün idi uşağın həm temperaturu, həm də bədənində səpkilər var idi. Ev şəraitində özümüz müalicə edirdik, qızdırma gedib, gəlirdi. Bizə təklif etdilər, xəstəxanaya aparaq, razı olmadıq. O vaxt da demişdilər ki, qızılcaya qarşı peyvənd olunsun, özümüz necə oldusa, razılaşmadıq. Ona görə də belə alındı. Çox təklif elədilər, heç bilmirəm niyə, dedik ki, peyvənd lazım deyil, bu da axırı… Əslində valideynləri razı idi, mən razılaşmadım, indi də belə oldu”.

O, ailədə digər uşağın da qızılcaya yoluxduğunu bildirib:

“Uşağın 4 yaşlı qardaşı da qızılcadır, hazırda yoldayam, şəhərə xəstəxanaya aparıram. Çünki ona da peyvənd vurdurmamışıq”.

Qeyd edək ki, Lənkəranda üç yaşlı uşağın ölümü ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) açıqlama verib.

Məlumatda bildirilib ki, 2020-ci il təvəllüdlü uşaq (cinsi kişi) 17.12.2023-cü il tarixində saat 6 radələrində huşsuz vəziyyətdə TƏBİB-in tabeliyində fəaliyyət göstərən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Uşaq Şöbəsinə gətirilib.

Vəziyyəti ağır olan xəstə saat 10:45-də mərkəzin reanimasiya şöbəsinə köçürülüb. Azyaşlıya virusmənşəli meninqoensefalit diaqnozu qoyulub.

Görülən reanimasiya tədbirlərinə baxmayaraq, saat 15 radələrində azyaşlının ölüm faktı qeydə alınıb.

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO