
- A-
- A
- A+
Cəmiyyət
09:08 / 18.12.2023
Şimal bölgəsində hava şəraiti necədir? - FOTO/VİDEO
Hazırda oxunan: Şimal bölgəsində hava şəraiti necədir? - FOTO/VİDEO
169493
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Şimal bölgəsində bu gecə şaxtalı, qarlı hava şəraiti hökm sürüb. Quba və Qusar şəhərləri daxil olmaqla yaşayış məntəqələrinə qar düşüb.
Bizim.Media xəbər verir ki, Qusarda 5,7 dərəcə şaxta olmaqla 3 sm qar, Quba şəhərində isə 3,6 dərəcə şaxta olmaqla 3 sm qar qeydə alınıb.
Ən çox qar isə 8 sm olmaqla Qubanın Qrız kəndinə düşüb. Bu kənddə 8,6 dərəcə şaxta olub.
Quba-Qusar yolu, kəndlərarası və mərkəzi yollar buz bağlayıb. Yollara duz və qum səpilməsinə başlanılıb. Yollarda hər hansı hadisə olması barədə məlumat yoxdur.





Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































