ŞOK: Azərbaycanda 27 ölən şəxs təqaüd alırmış

ŞOK: Azərbaycanda 27 ölən şəxs təqaüd alırmış

Hazırda oxunan: ŞOK: Azərbaycanda 27 ölən şəxs təqaüd alırmış

16854

Azərbaycanda vəfat edən 27 nəfərin adına yaxınları təqaüd alıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Azərbaycan Respublikası Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında” hesabatında bildirilir.

Belə ki, aparılan yoxlamalar nəticəsində məlum olub ki, il ərzində ümumilikdə 282 308.34 manat artıq pensiya ödənilib.

Auditin keçirildiyi tarixdə təqaüd ödənişi aparılan pensiyaçıların siyahısı ilə vəfat edən şəxslərin siyahısının üzləşdirilməsi zamanı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun bəzi tələblərinə əməl edilməyərək vəfat etmiş 27 nəfərin pensiya hesabına vəfat etdiyi tarixdən sonrakı dövrlərdə də pensiya ödənişi davam edib.

Qeyd edək ki, Hesablama Palatasının 2020-ci ildə fəaliyyəti haqqında hesabat aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO