Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini DƏSTƏKLƏYİR? – SORĞU 

Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini DƏSTƏKLƏYİR? – SORĞU 

Hazırda oxunan: Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini DƏSTƏKLƏYİR? – SORĞU 

168482

Ölkə əhalisinin 80%-ə yaxını Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan cəmiyyəti Azərbaycanla sülhə hazırdır? – İşxan Verdyanla MÜSAHİBƏ 


Məlumatda deyilir ki, Azərbaycan və Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə əhali arasında mütəmadi sorğular keçirib. 

Cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5%-i "bəli, dəstəkləyirəm", 20,2%-i "xeyr, dəstəkləmirəm" cavabını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.

Nəticələrə görə, respondentlər arasında yaş artıqca sülhə dəstəyini ifadə edənlərin sayında artım qeydə alınıb.

Orta təhsillilərin 74,1%-i, ali təhsillilərin 86,9%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib.

"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına nə dərəcədə inanırsınız?" sualına cavab olaraq, 37,2%-i tam inandığını, 29,7%-i əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 9,7%-i əsasən inanmadığını, 21,5%-i heç inanmadığını ifadə edib. 1,8% cavab verməkdə çətinlik çəkib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO