Suqovuşan belə qurulur - VİDEO

Hazırda oxunan: Suqovuşan belə qurulur - VİDEO

168314


 
Suqovuşanda quruculuq işləri davam etdirilir. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Televiziyası (AzTV) reportaj hazırlayıb. 

Qeyd edilib ki, qızğın döyüşlər getdiyi bir vaxtda Tərtərdən Suqovuşana 28,5 km yol çəkildi. Ardınca uzunluğu 22 kilometr olan yeni layihə ilə Suqovuşan Naftalanla əlaqələndirildi. Həmçinin alternativ yol da istifadəyə verildi. Düşmənin illər ərzində söküb daşıdığı, yararsız vəziyyətə gətirdiyi enerji infrastrukturu yenidən quruldu. İki kiçik su elektrik stansiyası istismara verildi.

Suqovuşan elektrik enerjisi ilə tam təmin olundu. 

Yeni hərbi hissənin istifadəyə verilməsi ilə Suqovuşan istiqamətində təhlükəsizlik tam təmin olundu. Düşmənə revanşizmə yer yoxdur mesajı verildi. Təhsil ənənələri də bərpa olundu, çoxmərtəbəli binalar tikildi. Tikilən evlər isə bir il sonra sakinlərin istifadəsinə veriləcək. 

Daha ətraflı AzTV-nin süjetində: 
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO