
- A-
- A
- A+
Hikmət Hacıyev: “Ermənistan qəsdən Şuşa meşələrini yandırır”
“Ermənistan silahlı qüvvələri tərəfindən qəsdən Şuşa meşələrində yanğın törədilir. Ermənistanın məqsədi ekoloji terror vasitəsilə Azərbaycan silahlı qüvvələrinin istifadə etdiyi pilotsuz uçuş vasitələrinin görüntüləri üçün maneələrin yaradılmasıdır”.
Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, əlavə edib ki, Ermənistanın Şuşa meşələrində yanğının törədilməsi üçün qadağan olunmuş ağ fosfordan istifadə etməsi istisna deyildir:
“Azərbaycan Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən Ermənistanın böyük həcmdə fosfor tərkibli yükü Xocavənd istiqamətinə gətirdiyi barədə məlumat vermişdi”, - deyə Prezidentin köməkçisi vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































