Şəhid qızı Şuşa məktəbinə DİREKTOR təyin olundu

Şəhid qızı Şuşa məktəbinə DİREKTOR təyin olundu

Hazırda oxunan: Şəhid qızı Şuşa məktəbinə DİREKTOR təyin olundu

168192

Şuşa şəhər 1 nömrəli tam orta məktəbə 30 ildən sonra direktor təyin olunub.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Səadət Məmmədova öz sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, bu vəzifəyə Şuşa şəhərinin keçmiş icra başçısı olan Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova təyin edilib.

S. Gözəlova daha əvvəl Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin direktoru olub.
Qeyd edək ki, M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsində mühüm rol oynayıb. Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib. 1991-ci ilin dekabrın 11-də Şuşadakı iş otağında güllələnərək öldürülüb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO