Bakıda caz-fusion gecəsi keçirildi - FOTO

Bakıda caz-fusion gecəsi keçirildi - FOTO

Hazırda oxunan: Bakıda caz-fusion gecəsi keçirildi - FOTO

168006

Bakıdakı FIA həftəsi çərçivəsində Azərbaycan Avtomobil Federasiyası və Bakı Şəhər Halqası dekabrın 7-də qonaqlar üçün caz-fusion gecəsi (Jazz Fusion Night) təşkil edib.

Bizim.Media xəbər verir ki, gecənin aparıcısı Fuad Axundov avtomobillər, memarlıq və caz sənətində mədəniyyətlərin sintezindən bəhs edib.

Paytaxtımızda təşkil olunan Formula 1 Azərbaycan Qran Pri yarışı barədə təqdimat olub.

Daha sonra FIA qonaqlarını “H3 Collective” caz qrupu salamlayıb. Musiqiçilərin ifasında caz-fank aranjimanında məşhur Azərbaycan əsərləri səslənib. Gecədə tanınmış caz ifaçıları - əməkdar artistlər Rain Sultanov, Emil Əfrasiyab çıxış ediblər. Gecəni DJ Kenan Drums hipnotik şou ilə davam etdirib.






















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO