Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxs hələ də komadadır

Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxs hələ də komadadır

Hazırda oxunan: Bərdədə evin döşəməsinin çökməsi zamanı xəsarət alan şəxs hələ də komadadır

167979

Bərdədə yas mərasimi zamanı baş verən bədbəxt hadisədə xəsarət alan şəxslərdən biri Abdullayeva Aidə Novruz qızı hələ də reanimasiyadadır.

Bizim.Media xəbər verir ki, bu barədə report-a onun yaxınları məlumat verib.

Bildirilib ki, bədbəxt hadisə zamanı ağır xəsarət alan Aidə Abdullayeva ilk olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, daha sonra onu Gəncə şəhərindəki ixtisaslaşmış xəstəxanalardan birinə köçürüblər.

Orada ətraflı müayinələr aparıldıqdan sonra o, yenidən Bərdə Rayon Mərkəzi Xəstəxanasına qaytarılıb. Hələ də komada olan şəxs hazırda reanimasiyadadır.

Qeyd edək ki, noyabr ayının 23-də Bərdə rayonunun Yeni Daşkənd kəndində yas mərasimi zamanı evin ikinci mərtəbəsinin döşəməsi çöküb. Hadisə nəticəsində bir nəfər - Məmmədova Sarıtel Abbasəli qızı dünyasını dəyişib, 30 - dan çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan Abdullayeva Aidə Novruz qızı ağır xəsarət alıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO