Gənclərin neçə faizi Qarabağ Universitetində təhsil almaq istəyir? – SORĞU

Gənclərin neçə faizi Qarabağ Universitetində təhsil almaq istəyir? – SORĞU

Hazırda oxunan: Gənclərin neçə faizi Qarabağ Universitetində təhsil almaq istəyir? – SORĞU

167890

Ölkə əhalisinin 82.6%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirir.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.

Məlumatda deyilir ki, Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasını zəruri edən səbəblərlə bağlı gənclərin bu hadisəyə münasibətini, gözlənti və prioritetlərini öyrənmək məqsədilə Mərkəz rəy sorğusu həyata keçirib.

Sorğunun nəticələrinə əsasən, gənclərin 54.5%-i Qarabağ Universitetinin yaradılması barədə məlumatı olduğunu, 45.5%-i məlumatı olmadığını bildirib.

Sorğuda iştirak edənlərin 82.6%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onların 16.4%-i universitetin yaradılmasının müəyyən qədər əhəmiyyətli olduğunu, cəmi 1.0%-i əhəmiyyətli olmadığını ifadə edib.
Tələbələrin 85.2%-i və ali təhsillilərin 85.0%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi xarakterizə edib.

Qarabağ Universitetinin yaradılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirənlərdən bunun əhəmiyyətini necə xarakterizə etdikləri soruşulub və bir neçə cavab variantı qeyd etmək imkanı verilib. Ümumi nəticələrə görə, respondentlərin 47.2%-i sözügedən universitetin yaradılmasını Qarabağa qayıdış və qalıcı məskunlaşmanın təmin olunması, 39.1%-i Qarabağda tarixi təhsil ənənələrinin yaşadılması, 37.8%-i Qarabağın tarixi həqiqətlərinin və mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli hesab edib.

Eyni zamanda, sorğuda iştirak edənlərin 31.2%-i universitetin Qarabağda ixtisaslı kadr hazırlığını təmin edəcəyi, 29.9%-i bu çərçivədə Qarabağın elmi-tədqiqat məkanına çevriləcəyi, 26.0%-i “Qarabağ” adının təhsil sisteminə daşınacağı və təhsil brendinə çevriləcəyi, 12.0%-i elmi-tədqiqat mərkəzi kimi regionda inteqrasiya və təhlükəsizliyə təsir imkanları baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirib.

Sorğu çərçivəsində gənclərin yeni yaradılan universitetdə təhsil almaq arzuları da öyrənilib. Nəticələrə əsasən, gənclərin ümumilikdə 74.5%-i bu barədə müsbət mövqeyini ifadə edib. Belə ki, bu barədə ünvanlanan suala, onların 35.3%-i “bəli, mütləq istərdim”, 39.2%-i “bəli, yəqin ki istərdim” cavabını verib. Respondentlərin 13.0%-i “xeyr, yəqin ki, istəməzdim” və 12.5%-i “xeyr, heç istəməzdim” mövqeyini ifadə edib. Tələbələrin 75.4%-i belə bir təklifi müsbət qarşılayacağını bildirib.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO