Şimal bölgəsində hava necədir?

Şimal bölgəsində hava necədir?

Hazırda oxunan: Şimal bölgəsində hava necədir?

166277

Şimal bölgəsində qeyri-sabit, dəyişkən hava şəraiti davam edir. Havanın temperaturu bəzi yerlərdə enib, bəzi yerlərdə isə qalxıb.

Bizim.Media-nın Quba ərazi-hidrometrologiya müəssisəsindən əldə etdiyi məlumata görə, ötən gün +4 dərəcə isti qeydə alınan Qubanın Qrız kəndində bu gün temperatur +8-ə qalxıb.

Dağlıq Xaltan kəndində isə ötən gün +20 dərəcə isti hava qeydə alınmışdısa, bu gün səhər enərək +11-ə düşüb. Yağıntı qeydə alınmayıb.

Xaçmaz rayonunda isə qərb küləyi əsir. Bu səbəbdən ənənəvi olaraq rayonun yaşayış məntəqələrində təhlükəsizlik baxımından enerji verilişi dayandırılıb, bəzi yerlərdə isə xəttlərdə problem yaşanıb.
"Azərişığ"ın yerli şəbəkələrindən isə küləyin sürəti azaldıqca, işığın verilişi hissə-hissə bərpa olunacağı deyilir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO