Sabirabadda QƏZA: “Azərpoçt” maşını aşıb - FOTO

Sabirabadda QƏZA: “Azərpoçt” maşını aşıb - FOTO

Hazırda oxunan: Sabirabadda QƏZA: “Azərpoçt” maşını aşıb - FOTO

166076

Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi zamanı magistral yolda tıxac yaranıb. Təxminən 1 saata yaxın avtomobillərin hərəkəti qəza səbəbindən məhdudlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, yol qəza hadisəsi günorta saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayon Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Yük avtomobilinin yanacaq daşıyan digər bir avtomobillə toqquşması nəticəsində hadisəyə səbəb olan yük avtomobili əks istiqamətdə hərəkətdə olan və Azərpoçt MMC-yə məxsus avtomobilin qarşısına çıxıb. Nəticədə sürücü idarəetməni itirərək avtomobili aşırıb.
Qeyd edək ki, qəza səbəbindən magistral yolda böyük tıxac yaranıb. Əraziyə yol patrul xidmətinin əməkdaşları cəlb olunub və hərəkət bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO