Ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb.
Bizim.Media xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir.
Səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir.
Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:18 / 24.11.2023
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qızılca ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qızılca ilə bağlı MÜRACİƏT
Hazırda oxunan: Bakı Şəhəri üzrə Təhsil İdarəsindən qızılca ilə bağlı MÜRACİƏT
165963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.