
- A-
- A
- A+
Cəmiyyət
09:17 / 24.11.2023
Göygöldə yük maşını AŞDI – Xəsarət alan var
Hazırda oxunan: Göygöldə yük maşını AŞDI – Xəsarət alan var
165873
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Göygöldə sürücünün ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tülallar kəndi ərazisində qeydə alınıb.
Şirkətlərdən birinə məxsus olan yük maşınının sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın aşıb. Qəza zamanı sürücü ağır xəsarətlər alıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalan sürücü oradan çıxarılıb. O, dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































