Azərbaycanda bu məhkumlar məzuniyyətə çıxa bilərlər

Azərbaycanda bu məhkumlar məzuniyyətə çıxa bilərlər

Hazırda oxunan: Azərbaycanda bu məhkumlar məzuniyyətə çıxa bilərlər

165226

Məhkumların məzuniyyət məsələsi qanunvericiliklə tənzimlənir. Qanunvericilikdə az ağır, ehtiyatsızlıqdan cinayət törədən və böyük ictimai təhlükə törətməyən məhkumlar üçün 7 günlük məzuniyyət nəzərdə tutulub.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Oqtay Məmmədov deyib.

O bildirib ki, bu, cəzaçəkmə müəssisəsində qaydalara riayət edən məhkumlara şamil edilir:

"Eləcə də məzuniyyətə buraxılan məhkumların cəza müddətinin yarısını çəkməsi şərtlərdən biridir. Məhkumlar rejim qaydalarına düzgün riayət etdikləri təqdirdə müəssisə hüdudlarından kənara müşayiətsiz yeddi gün müddətinə ailələrinin yanına göndərilirlər. Eyni zamanda, məhkumun ailəsində və ya qohumlarında hər hansı faciə baş veribsə, bu da məzuniyyət məsələsində nəzərə alınır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO