Millət vəkilləri “Heydər zirvəsi”ndə - FOTO

Millət vəkilləri “Heydər zirvəsi”ndə - FOTO

Hazırda oxunan: Millət vəkilləri “Heydər zirvəsi”ndə - FOTO

165056

“Heydər Əliyev İli” ilə əlaqədar həyata keçirilən tədbirlər çərçivəsində Milli Məclisin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevin rəhbərlik etdiyi millət vəkilləri Sabir Hacıyevin, Cəbi Quliyevin, Əliabbas Salahzadənin, Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyevin və Aparatın əməkdaşlarından ibarət qrupla “Heydər zirvəsi”nə yürüş ediblər. 

Bizim.Media xəbər verir ki, 17 noyabr tarixində başlanılmış yürüş, 18 noyabr tarixində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə qalxmaqla yekunlaşıb. 

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefini ziyarət edərək, hörmət və ehtiramını izhar edən yürüş iştirakçıları ağır hava şəraitinə və çətin relyefə baxmayaraq, yürüş zamanı qarşıya qoyulmuş məqsədə nail olublar.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO