Bakı və Sumqayıtda havada dəm qazının miqdarı normadan çox olub. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı 1.4, azot-4 oksid 1.2, Sumqayıt şəhərində dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Tibb elmləri doktoru Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb.
O bildirib ki, havanın çirklənməsinin əsas səbəbi avtomobillərdir:
“Bundan əlavə, Bakı neft şəhəridir. Burada atmosfer havasında zərərli tullantıların xüsusi çəkisi çox olur. Bütün dünyada atmosfer havasının çirklənməsinin dərəcələri həmin havada toplanmış zərərli maddələrlə, o cümlədən, polisiklik aromatik hidrokarbonlarla (PAHlar) ölçülür.
Sumqayıtda isə sözügedən problemi zavodlar yaradır. Sumqayıt sovet dövründən etibarən çirkli şəhər sayılırdı. Sumqayıtda azot-4 oksidin miqdarı Bakıdan da çoxdur. Bu məsələlərin həlli üçün ilk növbədə avtomobillərin sayı azaldılmalıdır.
Şəhərin sıxlığı qaydaya salınmalıdır.
Bunlar çox vacib məsələlərdir. Sumqayıtda da müəyyən ekoloji təmizləmə işləri görülməlidir. Bütün dünyada zavodlar var. Yaxşı olar ki, bu zavodlar şəhərdən kənarda tikilsin və həmin zavodların tullantılarının zərərsizləşdirilməsi həyata keçirilsin”.
Professor sözügedən maddələrin insan sağlamlığına mənfi təsirləri ilə bağlı bunları deyib:
“Dəm qazı və azot-4 oksid toksik maddələrdir. Bu maddələr orqanizmdə halsızlığa, zəifliyə və ümumi yorğunluğa gətirib çıxarır. Sərbəst radikallar gen mutasiyalarına və xərçəng şişinin inkişafına gətirib çıxara bilər. Bu maddələr insanlarda ağciyər və digər orqanların xərçəngini yaradır”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:30 / 16.11.2023
Paytaxtın hava çirklənməsi ilə bağlı QORXUNC XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”
Hazırda oxunan: Paytaxtın hava çirklənməsi ilə bağlı QORXUNC XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”
Hazırda oxunan: Paytaxtın hava çirklənməsi ilə bağlı QORXUNC XƏBƏRDARLIQ – “Xərçəngə səbəb olur”
164506
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.