Bakıda əl qumbaraları və partladıcılar aşkarlandı – FOTO/VİDEO  

Hazırda oxunan: Bakıda əl qumbaraları və partladıcılar aşkarlandı – FOTO/VİDEO  

164438

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda sursat aşkar edilməsi barədə məlumat daxil olub. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. 

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQ-42, 1 ədəd RQN-D, 1 ədəd F-1 və 1 ədəd RQN əl qumbarası, 1 ədəd UZRQM partladıcı, 1 ədəd UDZ partladıcı və 1 ədəd RQD-5 təlim üçün əl qumbarası olduğu müəyyən edilib. 

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb. 

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib. 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO