İmişlidə QƏZA: Velosipedçi ölüb

Hazırda oxunan: İmişlidə QƏZA: Velosipedçi ölüb

163577

İmişli rayonunda yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində velosiped sürən gənc hadisə yerində ölüb. 

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə saat 20 radələrində Hacıqabul-Horadiz-Mincivan avtomobil yolunun İmişli rayonu Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  

2005-ci il təvəllüdlü Gülmalıyev İsmayıl Ağabala oğlu velosipedlə hərəkətdə olarkən KİA markalı avtomobil tərəfindən vurulub. Velosipedçi hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. 
Qeyd edək ki, ölən gəncin atası da bir neçə il əvvəl velosiped sürərkən yol qəzası nəticəsində dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO