Azərbaycana narkotik keçirməyə cəhddə təqsirləndirilən İran vətəndaşına hökm oxunub

Azərbaycana narkotik keçirməyə cəhddə təqsirləndirilən İran vətəndaşına hökm oxunub

Hazırda oxunan: Azərbaycana narkotik keçirməyə cəhddə təqsirləndirilən İran vətəndaşına hökm oxunub

163405

İrandan Azərbaycana 23 kiloqrama yaxın narkotik vasitə keçirməyə cəhd etməkdə təqsirləndirilən İran vətəndaşı Rezai Murtuzaya hökm oxunub. 

Bizim.Media report-a istinadən xəbər verir ki, hökm Lənkəran Ağır Cinayətlər məhkəməsində Əli Abdullayevin sədrlik etdiyi məhkəmə iclasında elan olunub. 

Hökmə əsasən, Rezai Murtuza 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib. 

İttiham aktına əsasən, R.Murtuza istintaqa məlum olmayan bir qrup şəxslə İrandan Azərbaycana narkotik vasitə keçirməkdə təqsirləndirilib.

Digər dəstə üzvləri qaçsa da, onu sərhəd naryadı saxlayıb. Hadisə yerinə baxış zamanı onlara məxsus 3 ədəd bağlamada 23 kiloqrama yaxın narkotik vasitə (marixuana) aşkar olunaraq götürülüb. 
Qeyd edək ki, hadisə bu il yanvar ayının 15-də olub. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində, sərhəd naryadı tərəfindən termal videomüşahidə kamerası vasitəsilə 3 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə edilib. 

Sərhəd naryadı silahdan xəbərdarlıq atəşi açıb, keçirilən əməliyyat zamanı İran vətəndaşı Rezai Murtuza saxlanılsa da, digər dəstə üzvləri qaçıb. 

Ona qarşı Cinayət Məcəlləsinin 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə), 206.3.2 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) maddələri ilə ittiham irəli sürülüb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO