Bu gün Xaçmazda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ – ÖZƏL 

Bu gün Xaçmazda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ – ÖZƏL 

Hazırda oxunan: Bu gün Xaçmazda meyiti tapılan şəxsin kimliyi BİLİNDİ – ÖZƏL 
162792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Son 5 gündə Xaçmazda 3 ağır cinayət hadisəsi qeydə alınıb. Bu gün 3-cü meyit Xaçmaz şəhərindəki İzmailovka yaşayış massivindəki evlərin birində aşkar edilib. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, meyiti tapılan şəxs Rasim adlı sakindir. 
 

MÖVZU İLƏ BAĞLI:

Xaçmaz rayonunda evlərin birində meyit TAPILDI


Hazırda onun soyadının dəqiqləşdirilməsi və qəsdən öldürülüb- öldürülməməsi araşdırılır. 

Ötən gün Xudat şəhərində 35 yaşlı Samir Alxasovun, 3 gün əvvəl İsə 62 yaşlı Mafizə Şirinbalayevanın meyitlərinin tapılması barədə məlumat vermişdik.

Hüquq-mühafizə orqanlarının operativ əməliyyat tədbirləri nəticəsində Samir Alxasovun qətlində təqsirləndirilən Oruc Nəsrullayev, Mafizə Şirinbalayevanın qətlində günahkar bilinən Şahin Əhmədov saxlanılaraq istintaqa təhvil verilib. Bu gün aşkar edilən meyitin hansı səbəbdən öldürülməsi istiqamətində də tədbirlər davam etdirilir. 

Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO