“Bakıda və Azərbaycanın digər bölgələrində müxtəlif millətlərin nümayəndələri, müxtəlif dinə mənsub xalqlar yaşayır. Onlar dostluq, səmimilik şəraitində yaşayırlar. Uzun illərdir, əsrlər boyu bizdə multikulturalizm mədəniyyəti formalaşıb”.
Bizim.Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev deyib.
O, qeyd edib ki, ermənilər sosial şəbəkələr vasitəsilə çağırışlar edir, Azərbaycandakı müxtəlif etnik azlıqlar arasında qarşıdurma yaratmaq, nifaq salmaq kimi iyrənc addımlara da əl atırlar.
“Bununla bağlı Azərbaycan qanunvericiliyi ilə çox ciddi məsuliyyətlər nəzərdə tutulur. Axtarışa verilən həmin şəxslər, həmçinin, Azərbaycanda millətlər arasında düşmənçilik salmağa yönələn əməllər törətməkdə ittiham olunurlar”.
Bizim.Media