Bakı-Quba ödənişli yolunda QİYMƏT CƏDVƏLİ – FOTO  

Bakı-Quba ödənişli yolunda QİYMƏT CƏDVƏLİ – FOTO  

Hazırda oxunan: Bakı-Quba ödənişli yolunda QİYMƏT CƏDVƏLİ – FOTO  

162264

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı–Quba–Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ödəmə məntəqələrini və qiymət cədvəlini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, yolun ödənişli hissəsinin başlanğıc və son nöqtələri aşağıdakı kimi müəyyən olunub. 

- Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i); 

- Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i). 
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri: 

- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i); 

- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i); 

- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ; 

- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i). 

Ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO