Bakıda maşın dayanacağa çırpıldı - Sürücünün boynu sındı - FOTO 

Bakıda maşın dayanacağa çırpıldı - Sürücünün boynu sındı - FOTO 

Hazırda oxunan: Bakıda maşın dayanacağa çırpıldı - Sürücünün boynu sındı - FOTO 

162197

Bu gün saat 20:30 radələrində Bakı şəhər Nəsimi rayonu ərazisində ağır yol qəzası baş verib. 

Bizim.Media xəbər verir ki, “Hunda İnsight” markalı avtomobil Cavadxan küçəsində sürücünün idarəetməsindən çıxaraq əks hərəkət zolağına daxil olub. 

Nəticədə avtomobil yolun əks tərəfindəki avtobus dayanacağına çırpılaraq dayanıb. 

Hadisə zamanı taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsünün onurğası sınıb, o huşsuz halda sükan arxasında qalıb. 
Qəza yerinə polis və təcili tibbi yardım briqadası cəlb edilib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO