
- A-
- A
- A+
Cəmiyyət
09:48 / 29.10.2023
Biləsuvarda qəza: 2 nəfər xəsarət alıb
Hazırda oxunan: Biləsuvarda qəza: 2 nəfər xəsarət alıb
161972
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Biləsuvar rayonunda yol qəzası baş verib.
Bizim.Media-nın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Günəşli kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonun İsmətli kənd sakini, Müqəddəs Babayevin idarə etdiyi "VAZ 21011" markalı minik avtomobili hərəkətdə olarkən yük avtomobili ilə toqquşub.
Qəzada sürücü və həmkəndliləri olan sərnişinləri Xəyal Əliyev və Tural Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Biləsuvar rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Elşən Feyzullayev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































