ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Hazırda oxunan: ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

161819
Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.

Qonaqları ADNSU-da görməkdən məmnun qaldığını bildirən rektor, professor Mustafa Babanlı iki universitet arasında mövcud olan əlaqələrin daha da möhkəmləndirilməli olduğunu qeyd edib.

Nümayəndə heyətinə universitet haqqında məlumat verən prof. M.Babanlı bu qocaman və nüfuzlu elm ocağının ənənələri xa0barədə də geniş məlumat verib.

Dağıstan Dövlət Texniki Universitetinin Neft-qaz fakültəsinin dekanı, dosent Maqomedova Milada Ruslanovnaya Fransız-Azərbaycan Universiteti (UFAZ) haqqında məlumat verən rektor Mustafa Babanlı tələbələrin ölkəni tərk etmədən Strasburq Universitetinin diplomunu almaq imkanı əldə etdiyini söyləyib.

Səmimi qəbula görə rektor Mustafa Babanlıya təşəkkür edən Dağıstan Dövlət Texniki Universitetinin neft-qaz fakültəsinin dekanı, dosent Maqomedova Milada Ruslanovna uzun zamandır ADNSU-ya gəlmək istədiklərini söyləyib. ADNSU-nun professor-müəllim heyəti və tələbələrlə artıq tanış olduqlarını qeyd edən qonaqlar universitetetdəki təhsil mühitini bəyəndiklərini bildiriblər.

Sonda tərəflər arasında əməkdaşlıq üzrə plan hazırlanması və bu plan üzrə birgə fəaliyyət göstərmək barədə razılıq əldə olunub.
ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib ADNSU-da Dağıstan Dövlət Texniki Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO