Qubada mikroavtobusla minik maşını toqquşub, 7 nəfər xəsarət alıb  

Qubada mikroavtobusla minik maşını toqquşub, 7 nəfər xəsarət alıb  

Hazırda oxunan: Qubada mikroavtobusla minik maşını toqquşub, 7 nəfər xəsarət alıb  
161186
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Qubada yol nəqliyyat hadisəsi olub. 

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində  "VAZ 2106" markalı minik avtomobili ilə Quba-Zərdabi marşrut xətti üzrə işləyən "Mercedes" markalı mikroavtobus toqquşub. 

Hadisə nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Faktla bağlı Quba Rayon Polis Şöbəsinin təhqiqat bölməsində araşdırmalar aparılır. 

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO