Gədəbəydə 52 yaşlı kişini “tok” vurub öldürdü

Gədəbəydə 52 yaşlı kişini “tok” vurub öldürdü

Hazırda oxunan: Gədəbəydə 52 yaşlı kişini “tok” vurub öldürdü

16114

Martın 25-də saat 19 radələrində Gədəbəy rayonu, Kərimli kənd sakini, 1969-cu il təvəllüdlü Hüseynov Şaiq Hüseyn oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Gədəbəy rayon prokurorluğu yayıb.

Mənbə bildirir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla Şaiq Hüseynovun kənd ərazisində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatora müdaxilə edərkən elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilib.

Hazırda fakt üzrə Gədəbəy rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO