
- A-
- A
- A+
Şəkidə avtomobil yolun kənarındakı xəndəyə aşdı - XƏSARƏT ALAN VAR
Şəkidə “Mercedes” aşıb. Yol-nəqliyyat hadisəsi Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Qudula kəndi ərazisindən keçən hissəsində baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 43 yaşlı Çələbixan qəsəbə sakini Zaur Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobildə idaəetməni itirməsi qəza ilə nəticələnib. Avtomobil yolun kənarındakı xəndəyə aşıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Sürücüyə ilkin tibbi yarıdım göstəriləndən sonra onu Şəki Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Burada o, müayinə və müalicələrə cəlb edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata əsasən faktla bağlı rayon polis şöbəsində araşdırma başlanılıb.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































