
- A-
- A
- A+
“TikTok” nə vaxt AÇILACAQ? – RƏSMİ CAVAB
Bildiyiniz kimi, sentyabrın 19-dan Azərbaycanda “TikTok” sosial platforması bağlanıb.
Qeyd edək ki, “TikTok”a məhdudiyyət Qarabağda aparılan lokal antiterror tədbirləri zamanı tətbiq edilib. Həmin vaxt verilən rəsmi açıqlamada bildirilmişdi ki, bu məhdudiyyət müvəqqəti xarakter daşıyır. Məhdudiyyətin tətbiqindən isə bir aya yaxın vaxt keçir.
Bəs, “Tiktok” nə vaxt açılacaq?
Elektron Təhlükəsizlik Xidmətinin rəsmisi Ləman Hüseynzadə Bizim.Media-ya bildirib ki, hələ məhdudiyyətlə bağlı qərarda hansısa bir dəyişiklik yoxdur:
MÖVZU İLƏ BAĞLI:
Daha bir ölkədə “TikTok” QADAĞAN EDİLDİ
“Bu məsələ ilə bağlı hələ dəqiq məlumat demək mümkün deyil. Çünki qərarda dəyişiklik yoxdur. Əgər qərar dəyişərsə, ictimaiyyət məlumatlandırılacaq”.
Nuranə Daxilqızı, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































