Faktiki hava: Paytaxtda külək güclənib

Faktiki hava: Paytaxtda külək güclənib

Hazırda oxunan: Faktiki hava: Paytaxtda külək güclənib

159425

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 11-i saat 17:00-a olan məlumatına əsasən Quba, Qusar, Xaçmaz, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Gəncə, Neftçala, Biləsuvar, Lerik, Lənkəranda arabir yağış yağıb, şimal qərb küləyi bəzi yerlərdə arabir güclənib. 

Xidmətdən Bizim.Media-ya verilən məlumata görə, küləyin maksimal sürəti Bərdə, Şəkidə 18, Şabranda 16, Bakıda və Abşeron yarımadasında isə 23 metr/saniyəyədək güclənib. 

Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,6 metrə çatıb. 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18°-dək, Naxçıvan Muxtar Respublikasında 24°-dək, Aran rayonlarında 23°-dək, dağlıq rayonlarda 8°-dək isti təşkil edib. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO