Baş nazirdən yüksək riskli zonaların müəyyən edilməsi ilə bağlı QƏRAR  

Hazırda oxunan: Baş nazirdən yüksək riskli zonaların müəyyən edilməsi ilə bağlı QƏRAR  

158133

“Yüksək riskli zonaların müəyyən edilmə əsasları” təsdiq edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. 

Bu sənəd “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 9.4-cü maddəsinə uyğun olaraq hazırlanıb və yüksək riskli zonaların müəyyən edilmə əsaslarını tənzimləyir. 
Qərara əsasən, yüksək riskli zonalar əsasən Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının, Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun qərarları və Maliyyə Tədbirləri üzrə İşçi Qrupu (FATF), Avropa Şurasının Pulların Leqallaşdırılmasına və Terrorçuluğun Maliyyələşdirilməsinə qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi (MONEYVAL), FATF tipli regional qurumlar (FSRB), digər ixtisaslaşmış beynəlxalq və ya regional təşkilatların dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatları, habelə tərəqqi hesabatları, eləcə də FATF tərəfindən edilmiş ictimai bəyanatlarla müəyyənləşdirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO