Oğuzda qarşısına at çıxan avtomobil qəzaya DÜŞDÜ - Xəsarət alanlar var

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya DÜŞDÜ - Xəsarət alanlar var

Hazırda oxunan: Oğuzda qarşısına at çıxan avtomobil qəzaya DÜŞDÜ - Xəsarət alanlar var
157300
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Oğuzda qarşısına at çıxan avtomobil qəzaya düşüb, xəsarət alanlar var.

Bizim.Media "report.az"a istinadən xəbər verir ki, hadisə Oğuz-Kərimli-Şəki avtomobil yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Kərimli kənd sakini 1960-cı il təvəllüdlü Teymur Möhöbbət oğlu Nurəliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən qarşısına çıxan atı vurub. Nəticədə idarəetmədən çıxan avtomobil kanala aşıb.
Qəza zamanı sürücü və onun sərnişini, 1984-cü il təvəllüdlü Zarifa İzzatova Şaxsadinovna xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO