Əkiz nəvələri doğulan ŞƏHİD ATASI: “Birinin adını oğlum özü qoymuşdu” – FOTO  

Əkiz nəvələri doğulan ŞƏHİD ATASI: “Birinin adını oğlum özü qoymuşdu” – FOTO  

Hazırda oxunan: Əkiz nəvələri doğulan ŞƏHİD ATASI: “Birinin adını oğlum özü qoymuşdu” – FOTO  

157267

"Qızların birinin adını Səbuhi özü qoymuşdu-Nərgiz. Əkiz qızlarının dünyaya gələcəyini bilirdi. Digərinin adını isə gəlinim özü qoydu-Nazlı".  

Bu sözləri son antiterror tədbirlərində şəhid olan Səbuhi Əliyevin atası Tahir Əliyev Bizim.Media-ya özəl açıqlamasında bildirib.   

Şəhid atası körpələrin Bakıda özəl xəstəxanalardan birində dünyaya gəldiklərini deyib. Körpələrin hazırda xəstəxanada həkim nəzarətində olduğunu deyən Tahir Əliyev nəvələrinin vəziyyətinin normal olduğunu deyib. 

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 30 yaşlı şəhid Səbuhi Əliyev sentyabrın 20-də doğulduğu Quba rayonunun Zərdabi qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb. Müddətdən artıq hərbi xidmət keçən Səbuhi Əliyev 5 ildir ki, Azərbaycan Ordusunda xidmət edirdi. 




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO