Sabah bu rayonda qaz OLMAYACAQ

Sabah bu rayonda qaz OLMAYACAQ

Hazırda oxunan: Sabah bu rayonda qaz OLMAYACAQ

157114

Payız-qış mövsümünə hazırlıqla əlaqədar 27 sentyabr saat 10:00-dan işlər başa çatanadək Lənkəran rayonunun Girdəni kəndi istiqamətində gedən orta təzyiqli qaz xətti üzərində quraşdırılmış qaz tənzimləyici qurğunun yenisi ilə əvəz olunması, həmçinin adıçəkilən rayonun Qurunba kəndində yerləşən Cəzaçəkmə müəsisəsinin qazlaşdırılması ilə bağlı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə “Lənkəran 1 və 2” və “RVU-2 (Lənkəran)” ölçü qovşaqlarından qaz təchizatınının dayandırılması planlaşdırılır. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işləri aparılan zaman Lənkəran rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO