Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 

Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycan Qarabağ ermənilərinə humanitar yardım GÖNDƏRDİ – FOTO/VİDEO 

156421

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə ərzaq yükünün göndərilməsi qərara alınıb. 

Bizim.Media xəbər verir ki, sentyabrın 22-də içərisində müxtəlif ərzaq məhsulları və gigiyenik vasitələr olan 20 tonluq 2 yük avtomobili və 2 çörək dolu avtomobil Ağdam rayonundan yola salınıb. 

Yüklər artıq fəaliyyətdə olan Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılacaq və əhaliyə paylanılacaq. 

Bundan sonra da bu kimi humanitar məqsədli ərzaq yüklərinin çatdırılması təmin olunacaq. 
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO