Salyanda küçədə tapılan körpənin son DURUMU – FOTO  

Salyanda küçədə tapılan körpənin son DURUMU – FOTO  

Hazırda oxunan: Salyanda küçədə tapılan körpənin son DURUMU – FOTO  

156274

Bir müddət əvvəl kanal kənarına atılan və tapılaraq TƏBİB-in tabeliyindəki Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən yenidoğulmuş qız uşağı sağlamlığına qovuşub. 

Bizim.Media xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb. 

Qeyd olunub ki, tibb müəssisəsinin Pediatriya şöbəsində ona xüsusi diqqət, qayğı göstərilib və körpənin zəruri tibbi xidmətlərlə təmin olunması həyata keçirilib. 

Xatırladaq ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib. 

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb. 





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO