“Hazırda dövlət sərhədində bütün istiqamətlərdə əməliyyat şəraiti bölmələrimizin tam nəzarətindədir”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin (DSX) KİV-lərlə iş şöbəsinin rəisi, polkovnik-leytenant Aftandil Abbasov bu gün keçirilən brifinqdə deyib.
MÖVZU İLƏ BAĞLI:
Polkovnik: “Düşmən zəifləyib, qələbə yaxındır” – FOTO
"Dövlət sərhədinin mühafizəsi və müdafiəsi üzrə tərəfimizdən bütün tədbirlər görülür. Baş verə biləcək təxribat əməlləri ilə əlaqədar DSX tərəfindən dərhal adekvat və sərt cavab tədbirləri görüləcək", - deyə şöbə rəisi qeyd edib.
Bizim.Media