Gəncədə şəhid ailələri və müharibə əlillərinə 65 mənzil verildi - FOTO

Gəncədə şəhid ailələri və müharibə əlillərinə 65 mənzil verildi - FOTO

Hazırda oxunan: Gəncədə şəhid ailələri və müharibə əlillərinə 65 mənzil verildi - FOTO

155914

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Abşeron rayonunda, Bakının Ramana, Kürdəxanı qəsəbələrində və Gəncə şəhərində daha 100 mənzil verilib. Gəncədə MİDA tərəfindən inşa edilən binada 65 şəhid ailələri və qazilərə mənzillərin sənədləri təqdim olunub. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, açarların təqdim olunması mərasimində Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Gəncə şəhər icra hakimiyyəti başçısının müavini Səməd Tomiyev və digər rəsmi şəxslər iştirak edib.

Tədbir ötən gecə erməni təxribatı nəticəsində mina partlayışı zamanı şəhid olan vətəndaşlarımızın bir dəqiqəlik sükula yad edilməsi ilə başlayıb. Sonra nazir müavini H. Abdullayev ölkə başçısının  müvafiq göstərişi ilə əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən bir sıra sosial rifah proqramları həyata keçirildiyini bildirib. O vurğulayıb ki, sosial proqramlarından biri də şəhid ailələrinin və qazilərimizin mənzil şəraitinin yaxşılaşdırılmasıdır:
“Ali Baş Komandan İlham Əliyevin  tapşırığı ilə 2023-cü ildə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 1500 mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu il artıq 750 mənzil bu həssas qrupdan olan vətəndaşlara verilib. Ümumilikdə isə post müharibə dövründə 5 min 250, ümumilikdə isə ötən dövrdə 14050 mənzil və fərdi ev şəhid ailələri və qazilərə təqdim olunub. Əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən həssas qrupdan olan şəhid ailələri və müharibə əlillərinin sosial rifahının yüksəldilməsi istiqamətində işlər bundan sonra da davam etdiriləcək” deyə nazir müavini əlavə edib. 

H. Abdullayev vurğulayıb ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, onların mənzillə təminatı tədbirlərinə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Nazir müavininin sözlərinə görə, 44 günlük Vətən müharibəsində yaralanaraq əlilliyi müəyyən olunmuş hərbçilərimiz avtomobillə də təmin edilir. Müharibə ilə əlaqədar əlilliyi olanlara postmüharibə dövründə 324, ümumən ötən dövrdə 7500-dən çox avtomobil verilib. 
Sonra çəhid ailələrinə və müharibə nəticəsində əlillik dərəcəsi almış qazilərə mənzillərin sənədləri və açarlar təqdim olunub. 

Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



























Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO