Qazaxda Ukrayna vətəndaşı vəfat etdi

Qazaxda Ukrayna vətəndaşı vəfat etdi

Hazırda oxunan: Qazaxda Ukrayna vətəndaşı vəfat etdi

155879

Qazax rayonunda əcnəbi vətəndaş dünyasını dəyişib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, böyük həcmli yüklərin daşınması ilə məşğul olan, TIR avtomobilinin sürücüsü Yuri Yuliyevic Lobanov halının pisləşməsi nəticəsində Qazax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. 

Ukrayna Respublikası vətəndaşı olan Lobanova tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin versiyaya görə, o, ağciyər-ürək çatışmazlığı nəticəsində ölüb.

Mərhum şəkərli diabet xəstəliyindən də əziyyət çəkirmiş. Faktla bağlı Qazax Rayon Prokurorluğunda araşdırma aparılır. 

Məqsəd Rəhimov, Bizim.Media, qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO