Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ

Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ

Hazırda oxunan: Hakim olmaq istəyənlərin DİQQƏTİNƏ

155857

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla fasiləsiz seçimi davam etdirilir. 

Bu barədə Bizim.Media-ya Hakimlərin Seçki Komitəsindən məlumat verilib. 

Qeyd olunub ki, müsabiqə çərçivəsində test imtahanında müvəffəqiyyət qazanmış 175 nəfər namizədlə avqustun 4-də yazılı imtahan keçirilib, imtahan zamanı cinayət və mülki sahələr üzrə kazus xarakterli 2 sual 4 saat ərzində cavablandırılıb. 

Hakimliyə namizədlərin cavab vərəqələri kodlaşdırılaraq anonim qaydada, ikiqat üsulla Hakimlərin Seçki Komitəsinin üzvləri və dəvət edilmiş mütəxəssislər tərəfindən ayrı-ayrılıqda yoxlanılıb. Yeni qaydalara əsasən, namizədin həm cinayət, həm də mülki sahələr üzrə topladığı ballar cəmlənir və ikiyə bölünərək, yekun bal müəyyənləşdirilir.
Topladığı yekun bal 60 və ya daha çox olan namizəd yazılı imtahanın bu fazasından keçmiş hesab edilir, bu şərtlə ki, onun hər inşa mövzusu üzrə ayrı-ayrılıqda topladığı ballar 50-dən az olmasın. 

İmtahanın nəticəsinə görə 60 və daha çox bal toplamış 62 nəfər hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə - şifahi imtahana buraxılıb. Yeni qaydalara əsasən yazılı imtahanın nəticələri namizədlərin yalnız şəxsi eyniləşdirmə kodu göstərilməklə dərc edilir. 

Namizədlər şəxsi eyniləşdirmə kodunu bu keçid vasitəsilə əldə edə bilərlər. 

Şifahi imtahanlar 2023-cü il oktyabrın 10-dan başlayaraq mərhələli qaydada keçiriləcək. 

Eyni zamanda bildirilir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və 2023-cü il noyabrın 3-də keçiriləcək test imtahanı üçün artıq 240-dan çox namizəd sənədlərini təqdim edib.

Hakimlərin Seçki Komitəsi yerlərin məhdudluğunu nəzərə alaraq, hakim olmaq arzusunda olan şəxsləri müsabiqədə daha fəal iştiraka dəvət edir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO