Nərimanovda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO 

Nərimanovda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO 

Hazırda oxunan: Nərimanovda yol qəzası olub, iki nəfər xəsarət alıb - FOTO 

155850

Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb. 

Belə ki, hadisədə "BMW" və "KIA" markalı minik avtomobilləri toqquşub. Əraziyə polis əməkdaşları cəlb edilib. 

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır. Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib. 
Hadisənin təfərrüatı araşdırılır. 












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO