
- A-
- A
- A+
Şəkidə QƏZA: Gənc oğlan ağır xəsarətlər alıb
Axşam saatlarında Şəkinin Baş Göynük kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media- nın yerli bürosu xəbər verir ki, Baş Göynük kənd sakini 28 yaşlı Nurlan İsmayılov küçənin kənarında avtomobilini təmizləyərkən onu başqa maşın vurub.
Belə ki, 28 yaşlı gənci elə onun öz həmkəndlisi "VAZ-2107" markalı minik avtomobilini idarə edən 18 yaşlı Calal Məmmədov vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Nurlan İsmayılov Təcili Tibbi Yardım maşını ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.
Qəzanı törədən 18 yaşlı sürücü də yüngül xəsarət alıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qəzanın təfərrüatları araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































