Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət VERİLİR 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət VERİLİR 

Hazırda oxunan: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət VERİLİR 

155300

Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq ediləcək. 

Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. 

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib. 
Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO