Bu gün Şabran rayonu da öz igid oğlunu, keçən ilin sentyabr döyüşlərində qəhrəmancasına şəhid olan Murad Rəsulovu ehtiramla yad edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, 22 yaşında Vətən uğrunda canını qurban verən leytenant Murad Rəsulovun Şabran Şəhidlər Xiyabanındakı məzarı önündə böyük izdiham yaşanıb.
Hərbçi dostları, qazilər, şəhid ailələrinin nümayəndələri, yerli qurumların təmsilçiləri, ailə üzvləri Muradın xatirəsini hörmətlə anıb, məzarı önünə gül dəstələri düzüblər.
Murad Rəsulovun atası İlqar Rəsulovla görüşən hərbçi dostları Muradın çox vətənpərvər və qoçaq gənc olduğunu deyərək, ona belə igid oğul böyütdüyü üçün təşəkkür ediblər.
Mərasim şəhid Murad Rəsulovun doğulduğu evdə davam edib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu