
- A-
- A
- A+
Hərbi texnikamızın üzərinə yazılan simvol hansı mənanı DAŞIYIR? - FOTO
Son günlərdə sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın üzərinə hərflərin yazılmasıdır.
Bunu əks etdirən görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra müxtəlif fikirlər ortaya atılır.
Bəziləri bu hərflərin xüsusi məna daşıdığı fikrini irəli sürür.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hərbi texnikanın üzərinə hərflərin yazılması əvvəlki illərdə də müşahidə edilib.Amma bu, hər hansı bir ideolaji məna daşımır.
Məsələn, əvvəlki illərdə hərbi texnikalarımızın üzərinə ortasından xətt çəkilmiş “B”, “Z”, “N” kimi hərflər yazılıb. Bu, qrupların, bölmələrin adlarının baş hərfləridir.
Bunun yazılmasında məqsəd isə hərbi qulluqçuların təhlükəsizliyini təmin etmək və əməliyyatların havadan, qurudan idarəedilməsini asanlaşdırmaqdır.
Yəni, bir növ fərqləndirmə nişanlarıdır və bu nişanlar hərbi texnikaların yanlarına və üstünə vurulur.


Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































