
- A-
- A
- A+
Cəmiyyət
10:40 / 06.09.2023
İsmayıllıda yeniyetmə 27 yaşlı kişini bıçaqladı
Hazırda oxunan: İsmayıllıda yeniyetmə 27 yaşlı kişini bıçaqladı
153867
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Gecə saatlarında İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan bildirilib.
Qeyd edilib ki, rayon sakini 27 yaşlı Pünhan Şirinova kəsilmiş-deşilmiş xəsarətlərin yetirilməsi barədə polisə məlumat daxil olub.
P.Şirinova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və faktla bağlı araşdırma aparılır.
Bildirilib ki, P.Şirinov 16 yaşlı yeniyetmə ilə İsmayıllı şəhərində kafedə oturub yeyib-içiblər. Bu zaman onların arasında mübahisə yaranıb və yeniyetmə qarşı tərəfə bıçaqla xəsarət yetirib. Mübahisənin hesabı ödəmək üstündə yarandığı qeyd edilir.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































