
- A-
- A
- A+
Tərtərdə arvadını öldürən şəxs MƏHKƏMƏ QARŞISINDA
Xəbər verildiyi kimi, cari il mayın 4-də Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Leyla Məhərrəmlinin öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Tərtər rayon prokurorluğu yayıb.
İbtidai istintaqla 2000-ci il təvəllüdlü Sahib Əlizadənin aralarında yaranmış mübahisə zamanı arvadı Leyla Məhərrəmlini kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Sahib Əlizadəyə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































